670943b527236202410242645
Dövlət qulluğu imtahanından Azərbaycan dili və informatika çıxarılacaq? - RƏSMİ AÇIQLAMA

Bildiyimiz kimi, dövlət qulluğuna qəbulun test imtahanı mərhələsi proqramlarına Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları və məntiqi təfəkkür daxildir.

 

Bəzi sosial şəbəkə istifadəçilərinin iddialarına görə, dövlət qulluğuna qəbul imtahanından Azərbaycan dili və informatika çıxarılacaq, əvəzinə dünya görüşü və ingilis dili əlavə olunacaq. 


Bəs bu, nə dərəcədə həqiqəti əks etdirir?


Panarama.az Sfera.az-a istinadən məsələnin əslini öyrənmək üçün Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.

Mövzu ilə bağlı DİM-in mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, məlumat doğru deyil.

11.10.2024 19:26
413

(MGID): :
OXŞAR XƏBƏRLƏR