“Facebook”və “Instagram” sosial şəbəkələrindəki problem qlobal xarakter daşıyır və hələ ki problemin əsas səbəbi barədə xidmət təchizatçılarından açıqlama verilməyib.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
“Problem lokal xarakter daşımadığından hesablarına daxil olmaqda çətinlik çəkən səhifə sahiblərinin və vətəndaşların narahatlığına heç bir əsas yoxdur”, - məlumatda deyilir.
Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının elektron hesabları daimi monitorinq və nəzarət altında saxlanılır.
***20:38
Sosial şəbəkələrin işində yaranan nasazlıq aradan qaldırılıb.
"Report" xəbər verir ki, feysbukun fəaliyyəti bərpa edilib.
Hazırda istifadəçilər üçün öz hesablarına daxil olmaq əlçatandır./baku.ws