Panarama.az Oxu.Az-a istinadən xəbər verir ki, mərhum 11-ci sinif şagirdi Azərbaycan dili fənnindən 100 baldan 85 bal toplamağı bacarıb.
Bu barədə bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən SMS-bildiriş göndərilib:
"İbrahimov Elgün Zaur: 04.05.2025 tarixində Azərbaycan dili (dövlət dili) fənnindən keçirilmiş imtahanda 100 baldan 85 bal toplamısınız".
Eyni zamanda, Elgün martın 9-da keçirilən DİM-in 11-ci siniflər üçün buraxılış imtahanında 204 bal (300 baldan) toplayıb.