64dc6b7468e30202308232348
DSX-nin Şəkidəki qarajında yanğın olub

Dövlət Sərhəd Xidmətinin (DSX) texniki təmir parkında yanğın olub.

Panarama.az apa-ya istinadən xəbər verir ki, avqustun 15-dən 16-a keçən gecə Dövlət Sərhəd Xidmətinin (DSX) Şəki Sərhəd Dəstəsinin Şəki şəhərində yerləşən Texniki Təmir parkının ərazisində yerləşən ümumi sahəsi 250 kvadratmetr olan və dörd boksdan ibarət qarajın içərisində dayanmış UAZ markalı minik avtomobilində yanğın olub.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.
Yanğın qısa müddət ərazində məhdudlaşdırılaraq ətrafa yayılmasının qarşısı alınıb. Yanğın nəticəsində minik avtomobilinin yanar konstruksiyaları yanaraq maşın yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

16.08.2023 10:22
245

(MGID): :
OXŞAR XƏBƏRLƏR