Yanvarın 23-ü çərşənbə axşamı Yer kürəsini yeni maqnit qasırğası bürüyəcək.
Panarama.Az xəbər verir ki,bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutunun proqnozunda deyilir.
Ekspertlərin proqnozlaşdırdığı kimi, Günəşdə baş verən məşəl Bakı vaxtı ilə saat 7:00-da G1 səviyyəsinə çatacaq.
Ondan əvvəl və sonra bir neçə saat ərzində geomaqnit pozuntuları qeydə alınacaq.
Bundan sonra maqnit fonu normal hədlər daxilində olacaq.
Bununla belə, yaxınlaşan maqnit qasırğası meteohəssas insanların rifahına təsir edə bilər.
Xüsusilə baş ağrıları, sürətli ürək döyüntüsü və təzyiq dəyişiklikləri baş verə bilər./oxu24.com