64d7e1f699224202308234806
Dünya Kuboku: Nicat Abasov 1/8 finala qələbə ilə başlayıb

Bakıda təşkil olunan şahmat üzrə Dünya Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib.


Panarama.az  "Report"-a istinadən  məlumatına görə, Azərbaycan şahmatçısı Nicat Abasov ağ fiqurlarla Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Saleh Salemi məğlub edib.

Bərabər mübarizə şəraitində keçən oyunun sonunda Abasov rəqibinə çətin anlar yaşadıb.

S.Salem bu təzyiqin qarşısında səhv gediş edib. Beş saat davam edən partiya 54-cü gedişdə Azərbaycan şahmatçısının qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, şahmatçılar arasında ikinci oyun avqustun 13-də keçiriləcək.

12.08.2023 23:44
234

(MGID): :
OXŞAR XƏBƏRLƏR