65154c35e7cdf202309234941
Dünyanın ən böyük saat qülləsinə ildırım düşüb... VİDEO
Məkkədə yerləşən, hündürlüyü 600 metr olan dünyanın ən böyük saat qülləsinə gecə ildırım çaxıb.

Ötən gecə Səudiyyə Ərəbistanının Məkkə bölgəsində ildırımla müşayiət olunan yağış yağarkən, Kəbənin yerləşdiyi Hərəmi Şərif yaxınlığındakı məşhur saat qülləsinə ildırım düşüb və qorxu yaradıb.

Sosial mediada yayımlanan görüntülərdə ildırımın saat qülləsinə çoxlu qollardan dəydiyi görünür.

Otel və ticarət mərkəzlərinin yerləşdiyi və tikintisi 2010-cu ildə tamamlanan "Burc es-Saah" kimi tanınan göydələn 600 metr hündürlüyü ilə dünyanın ən böyük saat qülləsi ünvanına sahibdir.



28.09.2023 13:43
1575

(MGID): :
OXŞAR XƏBƏRLƏR