6537583f3a5ed202310233807
Dünyanın ən qorxmaz insanı - Genetik pozğunluğuna görə qorxu hissi keçirməyən qadın

Amerikanın Kentukki ştatında yaşayan qadının beyninin Amigala hissəsində genetik pozğunluq olduğu üçün qorxu hissi formalaşmayıb.


Panarama.az bildirir ki, şərti adı SM və ya 046 kodlu qadının adı bilinməsə də, xəstəxanada olduğu müddətdə müayinə olunuraq, qorxu hissi yoxlanılır.
İlk dəfə 1994-cü ildə tibbi ədəbiyyata daxil olan bu pozğunluğun ümumi adı Urbach-Wiethedir.
 

Bu xəstəlikdən əziyyət çəkən qadına xəstəxanada mütəmadi olaraq qorxu filmləri göstərilir. Nümayiş olunan filmlər arasında "Quzuların səssizliyi" və "Bler cadugəri" kimi dini qorxu filmləri olsa da, qadında heç bir qorxu əlaməti yoxdur.

 

Xəstəliyi ilə “dünyanın ən qorxmaz qadını” kimi məşhurlaşan SM film sınaqları zamanı ancaq maraq və həyəcan yaşayır.


Film testindən əlavə, SM hər kəsin qorxduğu heyvanlarla müqayisə edilir. O, tarantula, ilan kimi heyvanları heç bir qorxu olmadan əlində saxlayır və sevir.
 

SM qorxu hissi olmadığı üçün gecə gec saatlarda kimsəsiz yerlərə gedə bilir, ona görə də çoxlu oğurluq və təqiblərə məruz qalır.


Qəribə də olsa, SM-nin qorxduğu yeganə şey qaz maskaları və karbon qazı zəhərlənməsidir./sfera.az

24.10.2023 09:36
327

(MGID): :
OXŞAR XƏBƏRLƏR