655088b20a8f7202311231130
Efirə gəlib Cavan Zeynallı ilə evlənmək istədiyini dedi

Xalq artisti Cavan Zeynallı ilə ailə qurmaq üçün Lətifə adlı xanım efirə çıxıb.

Panarama.az Axşam.az-a istinadən xəbər verir ki, sözügedən hadisə "Elgizlə izlə" verilişində baş verib. Lətifə C.Zeynallının gənc yaşlarından pərəstişkarı olduğunu söyləyib:

"Siz əsl cazmensiniz. Siz royalda mükəmməl ifa edirsiniz. Cavan müəllim çox alicənab, gözəl insandır. Allah Röya xanıma rəhmət eləsin. Çox üzüldüm və məyus oldum onun vəfatına. Cavan müəllim sadiq və vəfalıdır. İnsanlar sizi çox sevirlər".

Onun bu sözlərinə isə Cavan Zeynallı belə cavab verib:

"Ayrı yolu yoxdur. Mən uşaqlıqdan beləyəm. Mən tək deyiləm. Mənim həm Qusarda, həm də Bakıda qohumlarım var. Onlar mənimlə ünsiyyətdə olurlar, zəngləşirik, görüşürük. Evimə gəlib yeməklər bişirirlər. Hərdən mən özüm yemək hazırlayıram. Bizim Lətifə xanımla münasibət qurmağımıza zaman, vaxt lazımdır. Siz isə tələsirsiniz. Bu işlər tələsməklə olmur".

12.11.2023 12:10
1685

(MGID): :
OXŞAR XƏBƏRLƏR