64de0e2d9b2f8202308231021
"Əgər növbəti dəfə ailə quracağamsa..."- VİDEO
"Qadınlar bir-birini dəstəkləməlidir. Xoşlayıram xanımlara gözəl sözlər deyim. Kişi də qadınına hər zaman gözəl sözlər söyləməlidir. Kişi üçün önəmlidir ki, yanında güclü və gözəl qadın olsun. Amma qadının gözəl olması həyat yoldaşından asılıdır".

Panarama.az  Axşam.az-a istinadən  xəbər verir ki, bu sözləri müğənni Lətifə Soyuöz "Elgizlə izlə" verilişində deyib. Qadınlara səslənən Lətifə bunları əlavə edib:  

"Siz şahzadə olaraq dünyaya gəlirsiniz. Bu həyatı bu bədəndə bir dəfə gəlirsiniz. Əsas deyil ulduz olasınız. Həyatınızı ulduz kimi yaşayın. Şkaflarda bahalı qablar saxlamayın. Ən bahalı qabda elə özünüz yemək yeyin. Özünüzə gözəl sözlər deyin". 

Sevgidən söz açan ifaçı "Bəzən qadın kişinin özgüvənini sındırır. Ailə quranda hər şey qarşılıqlı olmalıdır. Əgər növbəti dəfə bu ciddi adımı atacağamsa, həmin şəxs mənimlə həmfikir və həmdəm olmalıdır. Maraq dünyamız eyni olmalıdır. Eyni şeyi sevib, eyni şey haqqında düşünməliyik. Bəzən deyirlər kişi varlı olsun. Yox, varlıq bu gün var, sabah yoxdur. Əl-ələ tutub həmin varlığa birlikdə gedin. Onda ailə daha sağlam olur" sözlərini əlavə edib.


17.08.2023 16:07
154

(MGID): :
OXŞAR XƏBƏRLƏR