Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işlərindən sonra, reqlamentə uyğun olaraq kəmərin su ilə doldurulması müvəffəqiyyətlə başa çatdırılır.
Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən (İŞBSTX) məlumat verilib.
Qeyd olunub ki, avqustun 24-ü səhər saatlarında şəhərin su təchizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsi təmin ediləcək.