Yazıçı Əkrəm Əylisli Baş prokurora müraciət edib.
OLAY yazır ki, onun müraciətində bildirilib:
“Hava Nəqliyyatında Polis İdarəsi tərəfindən mənə qarşı qaldırılan cinayət işinin Bakı şəhər prokurorluğuna göndərilməsindən artıq 8 ildən çox keçib. Əgər ortada, həqiqətən, cinayət işi varsa, istintaqın bu qədər uzadılmasına səbəb nədir? Mən 87 yaşın içindəyəm, cənab Baş Prokuror! Artıq 8 ildən çoxdur ki, sevdiyim vətənimdə sənədsiz və hüquqsuz yaşamağa məhkum edilmişəm. Şəxsiyyət vəsiqəmin Prokurorluq tərəfindən müsadirə edilməsi bir çox məişət məsələlərində mənim üçün ciddi problemlər yaradır.Şəxsimə göstərilən belə bir münasibətin təkçə qeyri-qanuni deyil, həm də qeyri-insani və qeyri-əxlaqi olduğunu nəzərinizə çatdırmaqla, 8 ildən çox davam edən bu heyrətamiz istintaq süründürməçiliyinə, nəhayət, son qoymaq üçün tərəfinizdən təsirli tədbir görüləcəyinə inanmaq istəyirəm...”.