64d49111bb7b7202308232609
Ekvador prezidentliyinə namizəd öldürüldü, ölkədə fövqəladə vəziyyət elan edildi

Təhlükəsizlik qüvvələri Ekvador prezidentliyinə namizəd Fernando Vilyavisensionun qətlində şübhəli bilinən şəxsi zərərsizləşdirib.


O, saxlanıldığı zaman ağır yaralanıb.

Bu barədə ölkənin Baş Prokurorluğu məlumat verib.

“Təhlükəsizlik işçiləri ilə atışmada yaralanan şübhəli nəzarətə götürülüb və ağır vəziyyətdə Kito Prokurorluğunun şöbəsinə aparılıb. Təcili yardım onun ölümünü təsdiqləyib”, - deyə prokurorluqdan bildirilib.

Ekvador prezidentliyinə namizədə hücum nəticəsində azı doqquz nəfərin yaralandığı bildirilir.

Bundan əlavə, Ekvador Prezidenti Gilyermo Lasso ölkədə iki ay müddətinə fövqəladə vəziyyət rejimi elan edib.

“Ümummilli səviyyədə 60 günlük fövqəladə vəziyyət elan edilir və Silahlı Qüvvələrin bütün ölkə ərazisində səfərbərliyi təmin edilir”, - deyə o qeyd edib.

Ölkədə növbədənkənar prezident seçkisi avqustun 20-də keçirilməlidir, o ləğv edilməyib.

10.08.2023 00:25
331

(MGID): :
OXŞAR XƏBƏRLƏR