67897c9615e1f202501253934
Elçin Lənbəranski Rövşən İsaka SƏSLƏNDİ: "SUS-un AYIBDIR!"...
Bloger Elçin Lənbaranski rejissor Rövşən İsakı sərt tənqid edib. Bu barədə Elçin sosial şəbəkədə yazıb. Onun yazdıqlarını olduğu kimi təqdim edirik:
"Yəqin hər ikisini tanıdınız.Biri rejissor Rövşən İsak,biri mərhum aktrisa Çimnaz Sultanova.Heç birisi tanışım deyil.
Hamı bir birinin kim olduğunu yaxşı bilir.Sadəcə biz xalq olaraq mənəvi dəyərlərə,dini dəyərlərə hörmət etdiyimiz üçün hər zaman ölən adamın haqqında azından "Allah rəhmət etsin"deyib keçmişik.
Doğum günü ilə ölüm gününü eyni günə salan Çimmaz Sultanova haqqında, MANŞET AZ-saytının müxbiri,rejissor Rövşn İsak-a sula verir ki,niyə yas mərasimində iştirak etmədiniz?
O da öz təbirincə evdə 2 övlad böyütdüyünü və orda görsənməyi özünü sığışdırmadığını bildirib.
Rövşən bəy yaxşı rejissordur.Amma yaxşı insan olmağa heç cəhd etməyib.Əvvala Rövşən bəyə sual vermək lazımdır ki,Çimnazı bu ölkəyə kim təqdim edib?Əlbətdə Rövşən bəy.
Ay Rövşən bəy,bilənlər bilir,bilməyənlər də biləcəklər ki serialın bir seriyasının ərsəyə gəlməsi xeyli zaman aparır.Yani "vicdan haqqı" serialı ərsəyə gəlib yekunlaşana qədər əminəm ki siz rejissor olaraq bəlkə də Çimnazla yüz dəfə eyni masa arxasında fikir mübadiləsi aparmısınız,çay içmisiniz,çörək kəsmisiniz.Bu gün çıxıb and içsəniz də şəxsən məni inandıra bilməzsiniz.
Olmazdımı, bu qədər ölü haqqında danışana qədər sadəcə Allah rəhmət etsin deyib keçmək?
Yoxsa siz özünüzü jarqonla götürsək "yaxşı oğlan"etməyəmi çalışdınız?
Əvvəla Allah dərgahında kim daha hörmətə layiqdir,bunu Allah özü bilir.
İkincisi də,bu ölkədə mənəvi dəyərləri ayaq altında əzən dırnaqarası qadın və kişilərlə mənim qədər mübarizə aparmamısınız.Əminəm ki bu məsələdə yaşca sizdən kiçik olsam da sizə yol göstərəcək səviyyədəyəm.
Heç kim günahsız deyil.Bəlkə də Çimnazın taleyində Larisanın ayaq izləri var.
Odur ki SUS-un.Ayıbdır."
17.01.2025 01:24
969

(MGID): :
OXŞAR XƏBƏRLƏR