66b5c6f856cf5202408243624
Əli Kərimli xüsusi ittiham qaydasında MƏHKƏMƏYƏ VERİLDİ

AXCP sədri Əli Kərimli barəsində xüsusi ittiham qaydasında cinayət işi başladılıb.

KONKRET.az xəbər verir ki, bu barədə AXCP sədri sosial şəbəkə hesabında yazıb. O əlavə edib ki, iş üzrə məhkəmənin hazırlıq iclası 13 avqust, saat 11:00-da Nəsimi rayon məhkəməsində olacaq. Ə.Kərimlinin sözlərinə görə, məhkəmədən göndərilmiş bildirişdə xüsusi ittihamın kim tərəfindən qaldırıldığı yazılmayıb.

“Elektron məhkəmə portalında da şikayətçinin kimliyi göstərilməyib. Sadəcə o qeyd olunub ki, xüsusi ittiham Cinayət Məcəlləsinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar qaldırılıb. Cinayət Məcəlləsinin bu bölümündə siyasi rəqiblərə qarşı tez-tez istifadə olunan böhtan (147-ci maddə) və təhqir (148-ci maddə) maddələri də var”.

09.08.2024 11:35
243

(MGID): :
OXŞAR XƏBƏRLƏR