64d8ce4113bef202308233617
Əlləriniz sağlamlığınız haqqında danışa bilərmi? - Araşdırma

Qocalıq əlamətlərinin ilk gözə çarpdığı yerlərdən biri əllərimizdir. Bundan əlavə, əllərimiz orqanizmdə baş qaldıran digər problemlərdən də xəbər verməkdə gecikmirlər.

Həkimlər əmindir ki, orqanizmdəki bir çox xəstəliklər barədə əllərdən öyrənmək mümkündür. 1. Qırmızı ovuclar. a) Xüsusilə, yaşı 50-dən yuxarı olan insanlarda qırmızı ovuclar qaraciyər problemindən xəbər verir. Adətən, qırmızılıq ovucun kənarlarında-biləyə yaxın hissədə müşahidə edilir. Problem ciddiləşdikcə, qırmızılıq barmaqlara da yayıla bilir. Qırmızılığı sadə qızartı ilə qarışdırmaq olmaz. Qırmızılığın üstündə basarkən, sanki, onun içində suluq varmış hiss edəcəksiniz. b) Qırmızı ovucların haqqında danışdığı bir digər problem hormon səviyyələrinin nizamının pozulması sayəsində yaranan qan damarlarının genişlənməsidir. Bu hal, daha çox, hamilələrdə qeydə alınır. c) İltihablı revmatizmalar zamanı da ovuclarda qırmızılıq yarana bilir. d) Tibbi terminologiyada “Palmar erythema” adlanan qırmızı ovuclar durumunun ən geniş yayılmış səbəblərindən ikisi sirroz və Wilson kimi qaraciyər xəstəlikləridir. Əgər ovuclarınızda qırmızılıq olduğunun fərqinə varsanız, bir həkimlə məsləhətləşməyi təxirə salmayın. İlk növbədə isə, təbii qidalara üstünlük verin və spirtli içkilərdən uzaq durun. 2. Tərləyən ovuclar. a) Hiperhidroz, yəni, həddən artıq tərləmə genetikdir. b) Stress də ovucların tərləməsinə səbəb olur. c) Tiroid vəzinin orqanizmi həddən artıq isitməsi zamanı da tərləyən ovuclar müşahidə edilir. d) Yüksək miqdarda alkoqollu içki içərkən ovuclar tərləməyə başlayır. Əgər ovuclarınız çox tərləyirsə, spreylərlə onun qarşısını almağa çalışmaq günümüzdə ən asan üsuldur. Tərləmələr müntəzəm olaraq davam edirsə, yaxşı olar ki, həkimə müraciət edəsiniz. Həkimə çatanadək, alkoqollu içkiləri azaltsanız, stressdən uzaq qalsanız, yaxşı olar. Meditasiya və nizamlı nəfəs almaq xoşunuza gəlməyən durumlarla qarşılaşmaqdan rahatlıqla qurtulmağınıza səbəb olacaqdır. Tərləyən əllərin tibbi müalicələrindən biri ionoforezdir. Bu zaman əllər içindən xəfif elektrik axını keçən suya soxulur. Bu üsul tərləməni 70-80% azaldır. 3. Hissin itirilməsi və gicişmə. Hərdən yuxudan oyanarkən orqanizmin bəzi yerlərində uyuşuqluq hiss edirsiniz. Hərəkət edərkən bu bölgələrdə gicişmələr başlayır. Bunun səbəbi həmin bölgədəki sinirlərin uzun müddət təzyiqlə basılmasıdır. Sinir təkrar işləməyə başlayanadək gicişmə davam edir. Bəzi hallarda isə, əllərinizdəki belə gicişmələr daha ciddi xəstəliklərin səbəbi ola bilər. Məsələn; a) Servikal osteokondroz b) Karpal tunel sindromu c) Vena damarlarındakı tromblar d) Bazu kələfinin xəsarət alması e) Anemiya f) Şəkərli diabet

13.08.2023 16:35
293

(MGID): :
OXŞAR XƏBƏRLƏR