64e4eeb70267b202308232159
Elşad Miri hər kəsin inandığı məsələni İNKAR ETDİ - İslamda belə bir ANLAYIŞ YOXDUR!

Gözdəymə (bəd-nəzər) məsələsinə İslam alimlərinin münasibəti birmənalı deyil. Bəzi müsəlman alimləri gözdəymənin sadəcə olaraq özünü-təlqin olduğunu bildirir və ona inanmamağı məsləhət görürlər. Bəzi alimlər isə bunun həqiqət olduğunu, mənfi enerji şəklində bir insandan başqa insana ötürülə bildiyini iddia edirlər. Elə bir neçə gün öncə sosial şəbəkələrdə yayılan görüntülərdə yenidən bəd-nəzər və gözdəymə məsələləri gündəmə gəlib.

Belə ki, yayılan görüntülərdə Bərdə rayonunda özünə yeni bir obyekt açan şəxs ona gözdəyməsin deyə qaldırıcı kran vasitəsilə həmin obyektin ətrafına üzərlik fırladığı əks olunub.

Bəs, həqiqətən, İslamda bəd-nəzər, gözdəymə var?

Bu barədə Referans.az-ın sorğusunun cavablandıran dinşünas Elşad Miri bildirib ki, İslam dinində bəd-nəzər və ya gözdəymə kimi bir anlayış yoxdur: “Ümumiyyətlə, İslamda bəd-nəzər, gözdəymə deyilən bir anlayış yoxdur. Yəni o zaman mediada, üzdə olan insanlar hamısı qarşı gəlsinlər, etiraz etsinlər və ya onlara göz dəysin. Bu cür anlayış mümkündürmü? Təbii ki, yox. O zaman televiziyada baxdığımız hər insane gözümüz mü dəyməlidir? Konsertinə getdiyimiz hər insana gözümüzmü dəyəcək? Belə olduğunu fərz edərsək, o zaman gözü başqa cürə olanların günahı nədir? Yəni o insan o gözləri özümü seçib? Bunların hamısı uydurma şeylərdir. İslama zidd anlayışlardır”.

Dinşünasın sözlərinə görə, bir şəxs yeni ev, maşın və ya başqa bir şey aldığı zaman ona üzərlik bağlaması və ya göz muncuğu kimi lazımsız əşyalar asması din deyil: “Bu gün kimsə özünə hər hansısa bir obyekt açdığı zaman başına üzərlik fırlamaq əvəzinə, həmin binanın sağlamlığını ölçdürsün, onun betonlarının sağlamlığını, standartlara uyğun olub, olmamağını yoxlatdırsın”.


Təsəvvür edin, insan necə modern bir bina tikdirsə də, keçmişdən qalma, dinə və məntiqə uyğun olmayan bir yanaşma ilə özünə bir növ əlac axtarır. Bu həqiqətən gülünc bir vəziyyətdir – deyə Elşad Miri qeyd edib.

22.08.2023 21:20
260

(MGID): :
OXŞAR XƏBƏRLƏR