652cf3fd44fb2202310232741
Elxan Nəcəfova yüksək vəzifə VERİLDİ...

Elxan Nəcəfov Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilib.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Elxan Nəcəfov həm də Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edəcək.

O, bu gün kollektivə təqdim edilib.

Qeyd edək ki, 1982-cildə Babək rayonunun Nehrəm kəndində anadan olan Nəcəfov Elxan Tarqulu oğlu bu təyinatadək Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb./milli.az

16.10.2023 12:41
475

(MGID): :
OXŞAR XƏBƏRLƏR