Müğənni Roza Zərgərli Əməkdar artist Elza Seyidcahanla kadrarxasında yaşanan davasından danışıb.
Panarama.az olay-a istinadla xəbər verir ki, bununla bağlı o, “Sözün düzü” layihəsində danışıb.
Roza bildirib ki, 8 Mart beynəlxalq qadınlar günündə Elzanı təbrik etsə də, xoşagəlməz cavab alıb: “Dedim ki, bayramdır, etibarsız dünyadır, pandemiya da hamımıza dərs oldu. Yanımda da şahidlər var, həmin müğənnilərdən soruşa bilərsiniz. Dedim ki, Elza xanım sizi də, bacınızı da, nəvənizi də təbrik edirəm. Çılpaqlığı ilə desəm, biabırçılıq olacaq.
Qayıtdı ki, mənimlə barışmaq istəyirsən? Dedi ki, öp əlimdən, barışaq. Oradakı çaydanı necə götürüb atdımsa…
Allah üzümə baxdı ki, ona dəymədi. Çaydanı qaldırdım, Namiq əlimdən tutdu. Onda gözümü qan örtmüşdü. Şoka düşdüm. Bu adam nəvəsini yuxarı qaldırdı ki, çaydan uşağa dəysin.
Oradakı sənət adamlarından soruşa bilərsiniz. Nə yalan deyim, söyüşlə danışdım. Qadın kimi, öz bayramımda səni qadın bilib xüsusi təbrik edirəm. Fikirləşirəm ki, bu soyuqluq burda bitsin. Çünki mənim nə bədənimi, nə sənətimi müzakirə edəcən insansan. Sən Allahı müzakirə edə bilməzsən. Din mövzularına girə bilməzsən. Dinlə məşğul olan insanlar hara baxırlar? Bunun qarşısını niyə almırlar? Necə “Allah mənə dedi ki” deyə bilir?
Sən Allahın adını necə bu formasa ağzına ala bilərsən? “Ağzını aç, tüpürüm, tüpürcəyim baldır”, - deyir. Sənin üzünə bal damızdırmaq lazımdır. Deputat olurdun, nə oldu? İlhamə necə qarğayıbsa, tərpənə bilmirsən. O dünyada səni gözləyir. Onun böyüklüyü onda olardı ki, neçə il boş yerə atışdıq.
O sözün qarşısında nə deyə bilərdim?
İlhamə hamınıza əlini öpüzdürüb. Sonra "yuma-silmə" məsələsində də yaxşısan. İndi səni biabır etmirəm. Kamera arxasında danışacam. Yuyucu qüvvəsən”.