Əməkdar artist, müğənni-bəstəkar Elza Seyidcahanın ailəsinə ağır itki üz verib.
Panarama.az Ölkə.az-a istinadən xəbər verir ki, sənətçinin keçmiş qayınanası, övladlarının nənəsi Ərziyə xanım vəfat edib.
Qeyd edək ki, Elza Seyidcahanın qızı Gülşən Seyidcahan nənəsi ilə fotolarını paylaşaraq bu sözləri yazıb:
“Atasız, nənəsiz, bibi və əmisiz böyüdüyümüz həyatda günahkar axtarmaq istəmirəm. İnsan yaxşılıqları ilə, pislikləri ilə özü cavab verir. Az da olsa, nənəmlə bağlı xoş xatirələrim var. Allah rəhmət eləsin!”.