Əməkdar artist Ruhəngiz Allahverdiyeva qonaq olduğu proqramlardan birində evini təmir edən ustaları polisə verəcəyini deyib.
Panarama.az-ın xəbərinə görə, müğənni həmin ustaları hədələyib.
"Yeni aldığım evimi təmir edib, pis günə qoyan ustalar bu əməllərinə görə cavab verəcəklər. Hələ mənim başım qarışıqdır. Dəyən ziyanı bir-bir yazıb o ustaları şikayət edəcəyəm".
O bildirib ki, ustaların buraxdığı səhvlərə görə evini ikinci dəfə təmir edəcək:
"Hamam otağı ikinci dəfə sökülüb yenidən təmir olunmalıdır. Qəpik-qəpik pul yığıram, evimin təmirinə yenidən başlayıram"./lent.az