655347048989c202311230804
Əməkdar artist: “Müğənnilər məclisdə özlərini elə aparırlar ki, sanki yiyələri yoxdur” - VİDEO
Əməkdar artist Elnarə Abdullayeva növbəti açıqlaması ilə gündəmə səs salıb.
Panarama.az oxu.az-a istinadən bildirir ki, sənətçi qonaq olduğu "Həmin Zaur" verilişində həmkarlarının məclislərdə xoş olmayan davranışlarından danışaraq onları tənqid edib.
"Gedirsən, oturursan bir məclisdə. Baxırsan ki, bu müğənnilər nələr edir... Ağlıma gəlməyən şeyləri görürdüm. Dedim bunlar nə edirlər. Bu müğənnilərin yiyəsi yoxdur? Onlar arasında içən kim, ağzının danışığını bilməyən kim... Bunları görəndən sonra dedim yox Elnarə, sən bütün millətə, xalqa, hər kəsə sübut edəcəksən ki, bu sənət yaxşıdır. Sübut eləməyə çalışdım ki, heç kimə baş qoşmaq lazım deyil və bunu bacardım", - deyə Elnarə vurğulayıb.


14.11.2023 14:06
313

(MGID): :
OXŞAR XƏBƏRLƏR