65fa8318a4c09202403243256
Əməkdar artist QƏZƏBLƏNDİ: “Bunu yazanın əli çürüsün”

"Onu yazan azərbaycanı deyil. Ayıb olsun onu yazana. Adam da qəlbi yaralı olan bir şəxsə belə tərbiyyəsiz sözlər yazar".

Panarama.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Firuzə İbadova sosial şəbəkədə Xalq artisti Nazpəri Dostəliyevanın ünvanına yazılan "sən niyə Zöhrə Abdullayeva kimi ölmürsən" ifadəsinə münasibət bildirərkən deyib. 

Müğənninin fikirincə, burada məqsəd onun dərdini yadına salmaq, sənətdən uzaqlaşdırmaqdır: 

"Nazpəri xanım gözəl sənətkardır, niyə ölməlidir? Dəyəri, sənəti var. Bunu yazanı qınayıram. Allaha üsyan etmək olmaz. Nazpəri xanımın digər övladı, nəvələri var, sənin yazmağınla ölməlidir? Canlı adamı öldürmək olmaz. Zöhrə xanıma Allah rəhmət eləsin, hər kəsin alın yazısı var. Onun da xəstəliyi var idi. Ölümünü övlada bağlamaq olmaz".

Əməkdar artist hesab edir ki, bunu yazanlar Nazpəri Dostəliyevaının səhnəyə qayıtmasını istəməyən insanlardır:

"Bunu yazan paxıl insanlardır. Biz onu güclə toparlayıb səhnəyə qaytardıq. İndi belə şeylər yazıb onu səhnədən uzaqlaşdırmaq istəyirlər. Nazpəri xanım böyük qadındır. Yadınızdadırsa belə bir açıqlama vermişdi: "Mən şəhid analarının yanında ağlamağa utanıram. Utanıram deməyə ki, mənim oğlum xəstələnib öldü. Kaş mənim də oğlum şəhid olardı". Bala dağı yaddan çıxmaz. İmkan verin digər övladı, nəvələri üçün ayağa qalsın". 

Qeyd edək ki, sosial şəbəkədə Xalq artisti Nazpəri Dostəliyevanın yeni klip çəkilişlərindən olan görüntüləri yayılıb. Sosial şəbəkə izləyiciləri həmin görüntülərin altında Nazpəri Dostəliyevanı səhnəyə qayıtdığı üçün tənqid edib. Onlardan bəziləri isə "sən niyə Zöhrə Abdullayeva kimi ölmürsən" ifadəsini yazıb. 

20.03.2024 10:29
1341

(MGID): :
OXŞAR XƏBƏRLƏR