6715fd9d861a1202410240709
Əməkdar artistdən ŞOK AÇIQLAMA: ""Yenidoğan qruplaşma”sından Bakıda da var”

Əməkdar artist Elnur Kərimov sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

Panarama.az Axşam.az-a istinadən xəbər verir ki, o, son günlər Türkiyənin gündəmini zəbt edən körpə ölümləri ilə bağlı qandonduran hadisəyə diqqət çəkərək bunları yazıb:

“Son günlərdə Türkiyədə “Yenidoğan qruplaşma” hadisəsi mənə təəccüblü gəlmədi. Bakıda da var. Mən də bunun qurbanı olmuşam. İndi də övladımla bundan əziyyət çəkirəm”. 

Qeyd edək ki, bir neçə  gün əvvəl Türkiyədə həkimlərin yeni doğulmuş körpələrə yanlış diaqnozlar qoyaraq təcili yardım şöbələrindən özəl klinikalara yönləndirilməsi və bununla qanunsuz gəlir əldə etdikləri üzə çıxıb. Həmin şəxslər uşaqlara narkotik maddələr verərək onların mövcud vəziyyətini olduğundan daha ağır göstəriblər və uzun müddət orada qalmalarını təmin ediblər. Həmçinin uşaqların xəstə olduğunu iddia etmək üçün qan testlərini saxtalaşdırıblar. Yenidoğulmuş körpələrin bəzilərinin infeksiya səbəbindən öldüyü qeyd olunub. Sağ qalan körpələrin əksəriyyətinin səhhətində isə ciddi problemlər yaranıb.

Araşdırma nəticəsində bir qrup şəxsin əməlləri nəticəsində 12 körpənin öldüyü məlum olub. Dəstə üzvlərinin İstanbulda əlbir olduqları 9 özəl xəstəxananın lisenziyası artıq ləğv edilib.

Rəsmi statistikaya görə, Türkiyədə son 10 ildə 3 000-dən çox körpə xəstəxanalarda şübhəli şəkildə dünyasını dəyişib.

21.10.2024 11:06
453

(MGID): :
OXŞAR XƏBƏRLƏR