66a55683af092202407242019
Emil Şahzadə vəzifəsindən azad edildi...FOTO

Aparıcı Emil Şahzadə Ombudsman Aparatındakı vəzifəsindən ayrılıb.

Panarama.az xəbər verir ki, bu barədə o, özü məlumat verib:

"Həyatımın növbəti mərhələsinə keçid alaraq 4 ilə yaxın müddət ərzində fəxarət və qürur hissi, böyük həvəslə çalışdığım Ombudsman Aparatına minnətdarlığımı bildirmək istəyirəm. Ömrümüzün bəlli bir hissəsini bərabər keçdik və komanda şəklində çətinliklərə sinə gələrək qarşımızda olan hədəflərə nail olaraq ümumi işimizə töhfələr verdik. Bütün bunlar şübhəsiz istəkli və əvəzsiz Səbinə xanımın yaratdığı şərait, qayğısı və dəstəyi nəticəsində mümkün oldu. Mənə əziz olan bu Təsisatla bağlı qəlbimdə həmişə yalnız xoş anlar canlanacaq. Hörmətli və dəyərli Səbinə xanıma və Ombudsman Aparatının kollektivinə şərəfli və məsuliyyətli işinidə davamlı uğurlar arzulayıram!"./metbuat.az 

28.07.2024 00:19
337

(MGID): :
OXŞAR XƏBƏRLƏR