6517eb0ebd855202309233158
Ən çətin aşkarlanan xərçəng növü

Bəzi xərçəng növlərini aşkar etmək çətindir, çünki onlar asemptomatikdir.

Panarama.az xarici mediaya istinadən xəbər verir ki, onkoloq-mammoloq Tengiz Allahyarovun sözlərinə görə, tanınması ən çətin olanlardan biri süd vəzi xərçəngidir.

O qeyd edib ki, adətən ilkin mərhələdə xəstəlik ümumiyyətlə asemptomatik olur. “Heç nə ağrı vermir, xəstəlik özünü hiss etdirmir. Adətən qadınlar şişləri özləri, çox vaxt isə təsadüfən ya ultrasəs, ya da mamoqrafiya ilə aşkarlayırlar”, - deyə həkim bildirib.

Onun sözlərinə görə, qız uşağı profilaktik müayinələrdən keçirmirsə, yaxud həkimə müraciət etmirsə, risklər artır.

Tengiz Allahyarov bildirib ki, mütəmadi olaraq özünü yoxlama vərdişini inkişaf etdirməli və sağlam həyat tərzi sürməlisiniz. Belə ki, piylənmə, pis vərdişlər, qidalanma problemləri, hormonal pozğunluqlar, qalxanabənzər vəzi xəstəlikləri və ginekoloji problemləri olan insanlarda süd vəzi xərçəngi riski artır. O, həmçinin süd vəzilərini həftədə bir dəfə özünüzün palpasiya etməyinizi təklif edir./lent.az

30.09.2023 13:30
315

(MGID): :
OXŞAR XƏBƏRLƏR