Panarama.az xarici mətbuata istinadən xəbər verir ki, onun bu konsertləri 461 milyon dollardan çox gəlir gətirərək tarixdə ən çox gəlir gətirən qadın turu olub.
Rekorda imza atan 42 yaşlı sənətçinin konsertləri isə oktyabrın əvvəlinə qədər davam edəcək.
Qeyd edək ki, rekord 2008-ci ildən bəri "Sticky & Sweet" turu ilə təxminən 411 milyon dollar toplayan müğənni Madonnaya məxsus idi.