64da5d54a4a39202308235900
ƏN iradəsiz BÜRCLƏR HANSILARDIR ???

Həyatımızdakı gündəlik çətinliklərin öhdəsindən gəlmək, güclü qalıb, bütün problemlərimizlə mübarizə apara bilmək üçün zehni və iradə olaraq güclü, sabit olmalıyıq. Bəzi insanlar iradəli olduqları üçün bu işlərdə son dərəcə bacarıqlıdır, bəziləri isə bu işdə o qədər də yaxşı deyil.Onlar psixi cəhətdən kifayət qədər zəif və qeyri-sabitdirlər.

Panarama.az  bizim media-ya istinadən  ən iradəsiz bürclərin siyahısını təqdim edir.

Xərçəng

Onların emosiyaları çox tez-tez dəyişə bilər. Onlar bu gün son dərəcə xoşbəxt və şən ola bilərlər, lakin sabah onları qəzəbli, depressiyaya düşmüş və gözüyaşlı görsəniz təəccüblənməyin. Xərçəngin bir neçə dəqiqə sonar nə hiss edəcəyini söyləmək belə çətindir. Onlar hər şeyi daha dərindən hiss edə bilirlər və çox asanlıqla təsirlənirlər. Onların iradəsi də olduqca zəifdir və mənfi olaylara müdaxilə etməkdə, sona qədər mübarizə aparmaqda çətinlik çəkirlər.

Dolça

Dolçalar ən azad ruhlu insanlar kimi tanınırlar. Onlar bütün ömürləri boyu zəncirlərdən qurtulmağa çalışırlar. Lakin daxili olaraq vəziyyət bir qədər fərqlidir. Belə ki, onlar bir sıra hərəkətlər və davranışlarından imtina etməyə çalışsalar da, daxilən bunu bacarmırlar. İnsanlara isə bu hərəkətləri öz istəkləri ilə etdiklərini göstərməyə çalışır, bəhanələr tapırlar. Və daim axtarışında olduğu azadlığa mane olan bu iradəsizlik onlara əzab verir.

Əqrəb

Əqrəblər xərçənglərə bənzəyirlər. Zərər çəkdikləri zaman emosional vəziyyətləri pozulur. Onlar hər şeyi çox dərindən hiss edə bilən gərgin insanlardır. Və sevdiklərindən də eyni səviyyədə dürüstlük istəyirlər. Deməli, xəyanət edirlərsə, onları xoşbəxt fazalarına qaytarmaq tamamilə mümkün deyil. Sadəcə əqrəblərin fərqi ondan ibarətdir ki, bu bürcün nümayəndələrinin iradəsi yalnız böyük zərbələr qarşısında sınır və düzəlməsi mümkünsüz olur.

Balıqlar

Balıqlar intuitiv, həssas və xəyalpərəst insanlardır. Əhvalları dəyişdikdə, böyük dərəcədə emosional olaraq qeyri-sabit ola bilərlər. Ancaq duyğularını sənətə və musiqiyə yönəldə bildikləri üçün asanlıqla öz xoşbəxt əhval-ruhiyyələrinə qayıda bilərlər. Onlar da vərdişlərindən əl çəkməkdə çətinlik çəkirlər, xüsusilə də, emosionallıqlarından. Çünki hisslərilə hərəkət etmələri balıqların həyatında tez-tez mənfi nəticələr doğurur. Amma onların iradəsi, fərqli cür davranmağa özlərini vadar edəcək qədər güclü deyil.

14.08.2023 20:55
209

(MGID): :
OXŞAR XƏBƏRLƏR