683b36d03a0f6202505250520

Ən keyfiyyətsiz yağların adı AÇIQLANDI

31 May 2025
549

Mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində bəzi məşhur günəbaxan yağı markalarında ciddi keyfiyyət pozuntuları müəyyən edilib.

Panarama.az News24.az-a istinadən xəbər verir ki, “Solntse Moe”, “Kuban” və digər istehsalçıların yağlarında yüksək peroksid göstəriciləri qeydə alınıb ki, bu da məhsulun vaxtından əvvəl xarab olmasının göstəricisidir.

Bundan başqa, “Kuban” və “GREEN RAY” markalarında yağ turşuları tərkibində normadan kənara çıxmalar aşkar edilib. Bu isə ya təbii xammaldan istifadə edilmədiyini, ya da texnoloji qaydalara əməl olunmadığını göstərir.

Ən yaxşı nəticə göstərənlər sırasında “Dobavkin” və “Karolina” kimi markalar olub – bu yağlar həm təhlükəsizlik, həm də tərkibə uyğunluq baxımından şərtsiz testdən keçib.

Mütəxəssislər istehlakçılara yalnız etiketə deyil, eyni zamanda müstəqil test nəticələrinə də diqqət yetirməyi tövsiyə edirlər. Çünki sadə bir şüşə yağ belə xoşagəlməz “sürprizlər” gizlədə bilər.