64e8670193035202308233201
Ən səbirli 6 bürc - Heç vaxt tələsmirlər
Astrologiyada çox səbirli olan bürclər də var.


OĞLAQ
Oğlaqlar hər şeydə mükəmməl və uğurlu olmaq istəyirlər. Daim özlərini təkmilləşdirməyi və yeni şeylər öyrənməyi sevirlər. Çox səbirli olduqları üçün planlı şəkildə hərəkət edirlər. Heç vaxt heç nəyə tələsmirlər. Məqsədlərinə doğru möhkəm addımlar atırlar. Oğlaq bürcünün bu səbrinə hər kəs heyran qalır.


BUĞA
Buğa iş və şəxsi həyatında hər zaman səbirli ola bilən bürclərdəndir. Buğa əvvəlcə ətraflarında baş verən hər şeyi müşahidə edir, sonra öz planlarını qurur, tədbir görürlər. Buğa bürclərini səbirsiz görmək mümkün deyil.


ƏQRƏB
Əqrəb həmişə tək hərəkət edir. İstəklərini həyata keçirmək üçün dayanmadan çalışır. Əqrəb bürcü arzularına çatmaq üçün səbirlə gözləməyi çox yaxşı bilir.
Əqrəb su qrupu olduğu üçün istədikləri vəziyyətə asanlıqla uyğunlaşa bilirlər. Bu səbəbdən gözləməyi və səbir etməyi bilirlər. Yeniliklərə çox asanlıqla alışırlar.

DOLÇA

Dolçanın səbirli olmadığını sananlar çoxdur. Amma reallıq heç də belə deyil. Dolçaların səbirli olduqlarını ancaq öz yolunda olanda anlaya bilərsiniz.
Onlar öz dünyalarında yaşayırlar. Onların zaman anlayışı çox fərqlidir.

BALIQLAR
Balıqlar həmişə qayğıkeş, səbirli və anlayışlıdırlar. Çox həssas olan balıqlar heç vaxt istədiklərini əldə etməyə tələsmirlər. Bununla belə, istəkləri planlaşdırıldığı kimi getməyəndə böyük məyusluq yaşaya bilərlər.


TƏRƏZİ

Tərəzilər o qədər səbirli olmasalar da, sanki səbirli davranırlar.
Tərəzilər insanları çox yaxşı müşahidə edir. Heç nəyə tələsməyi sevmirlər. Planlarını və məqsədlərini sakitcə ortaya qoyaraq hərəkətə keçirlər.

25.08.2023 12:30
181

(MGID): :
OXŞAR XƏBƏRLƏR