Xərçəng - təşəbbüskarlığın nümayişi, yeni və mürəkkəb işlərə başlamaq üçün əlverişli zamandır. Qüvvələrinizi yanlış dəyərləndirməyin. İmkanınız xaricində olan işə başlamayın. Sizə kömək edə biləcək insana yardım üçün müraciət etməkdən çəkinməyin. Yaxın ətrafınızdakı insanların sizə rəğbəti artacaq. Yeni romantik hisslər istisna deyil.
Günün ikinci yarısı ailə və məişət qayğılarının həlli üçün yaxşıdır. Yaşam arealınızı qaydaya salın, təmizkar və intizamlı olun. Axşam saatlarında qonaqlar gələ bilər. Əks cins mənsubu ilə ünsiyyətdə diqqətli olun.
Qız - günün ilk yarısı mürəkkəb olacaq. Emosional fon əlverişli deyil. Yanınızdakı insanlarla çətinliklə də olsa, dil tapın. Ünsiyyəti bir qədər məhdudlaşdırın. İmkan varsa, sürəkli olaraq sizi tənqid edən, səhvlərinizi xatırladan insanlarla təmaslardan imtina edin.Günün ikinci yarısı xoş sürprizlər vəd edir. Müsbət təmayüllərin təsirindən faydalanın. Təxəyyülü işə salın. Yazılmamış qanunlar, ənənələr çərçivəsindən çıxın. Stereotipləri dağıdın.
Tərəzi - intuisiyanızı dinləsəniz, ağır fəsadlı səhvlərə yol vermək riskindən qurtula bilərsiniz. Kompleksləriniz və nöqsanlarınızı araşdırın. Qarşınıza yeni məqsədlər qoyun. Enerji səviyyəniz artır.Çoxdan bəri yolunuzda qalmış sədlərlə maneələri dəf edə bilərisiniz.Günün ikinci yarısında metamorfozlarınız yaxın ətrafınızdakı insanları qıcıqlandıra bilər. Sizə dəyər verən insanlardan dəstək alacaqsınız.Yeni, mühüm işlərə başlamaq, uzunmüddətli planlar qurmaq olar.
Əqrəb - kimsəyə imkan verməyin ki, sizi aldatsın. İntuisiyanız kəskin olsun. Köhnə və yeni tanışların niyyətlərini təhlil edin. Yaxın ətrafınızdakı insanların davranışlarını diqqətlə izləyin. İndiyədək səmimiyyət və dostluq pərdəsi altında sizə qarşı mənhus planlar hazırlayan şəxslə mübarizəyə başlayın.Günün ikinci yarısı bilik və bacarıqların artırılması üçün əlverişlidir. Faydalı təcrübədən yararlanın. Ən çətin işin öhdəsindən gələ bilərsiniz. Bir şərtlə ki, bildiyinizi edəsiniz və kənar təsirlərə uymayasınız.
Oxatan - asan qələbələrə bel bağlamayın. Rəqibləri üstələyərək bədxahların məkrli tələsinə düşməyin. Situasiya o qədər də asan deyil. Baş verənləri anlamaq üçün səbrli olun. Dedutiv bacarığınızı işə salın.Günün ikinci yarısı maliyyə, peşəkar fəaliyyət və əmlakla bağlı məsələləri həll etmək üçün sərfəlidir. Çərçivələrlə məhdudlaşmayın. İntellektual potensialınız yüksəkdir. Axşam saatlarına qədər məhsuldar işləyin.
Oğlaq - təmkinli və soyuqqanlı olun. Səbrli davransanız, problemləri həll edə bilərsiniz. Planlarınızın alt-üst olmasını seyr etmək asan deyil. Dəyər verdiyiniz insanlar səhvləri sıralayırlar.Emosional olsanız, düşünülməmiş addımlar ata bilərsiniz. Bunun isə nəticələri heç yaxşı olmayacaq.Günün ikinci yarısında yaşlı qohumlarla fikir ayrılıqları olacaq. Ailədə sülhü qorumaq asan deyil. Təxribatlara uymayın, vədlərə inanmayın. Prinsiplərinizə sadiq qalın. Yalnız belə olarsa, situasiyanı nəzarətdə saxlaya biləcəksiniz.
Dolça - parlaq, yaddaqalan, qeyri-adi qərarlar və əməllər zamanıdır. İndiyədək sizin bacarıqlı adam olduğunuzu etiraf etmək istəməyənlər pərişan qalacaqlar. Planlaşdırılmamış görüş, xoş sürpriz, qeyri-adi tapıntılar ola bilər.
Həyatdan həzz alın, taleyin hədiyyələrinə sevinin.Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Yaxın ətrafınızdakı insanlarda özünüzlə bağlı müsbət fikir formalaşdırın.Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Balıqlar - narahatlıq və nigaranlıq üçün heç bir səbəb yoxdur. Günün ilk yarısında peyda olacaq səbəbsiz təlaşın öhdəsindən gəlin. Gərilmiş əsəblərə fikir verməyin. Belədə tezliklə sakitləşə bilərsiniz.Alış-veriş üçün yaxşı zamandır. Aldığınız əşyaların orijinal olmasına can atın.Günün ikinci yarısında yeni tanışlıqlar olacaq. İlk dəfə gördüyünüz insanların hamısı ilə sonradan təmasları qorumağa dəyməz. Mənasız əlaqələr və dəyərsiz insanlardan qurtulun.