64d7cd6f7cd1c202308232031
Ərdoğan: "Güclü Türkiyə üçün əmin addımlarla irəliləyirik"

"Zəlzələdən 3 ay sonra kritik bir seçim etdik. Türk əsrinin inşasına başladıq. Millətə xidmət etməyə davam edəcəyik. Güclü Türkiyə üçün əmin addımlarla irəliləyirik”.


Panarama.az "report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hacı Bektaş Vəlinin vəfatının 752-ci ildönümü ilə bağlı video müraciətində deyib.

"Biz cümhuriyyətimizin ikinci əsrini millətimizin əsrinə çevirmək üçün səfərbər olmuşuq. Müxtəlif çətinliklərlə üzləşsək də, Allaha şükür, böyük və güclü Türkiyə hədəfinə doğru möhkəm addımlar atırıq", - Türkiyə Prezidenti vurğulayıb.

12.08.2023 22:15
208

(MGID): :
OXŞAR XƏBƏRLƏR