64e431af2439b202308235527
Ərdoğandan ehtimal olunan zəlzələ ilə bağlı açıqlama

Türkiyə hökuməti İstanbulun təxminən 1,5 milyona yaxın sakinini zəlzələyə davamlı evlərə köçürməyi planlaşdırır.

Bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

O qeyd edib ki, Türkiyənin zəlzələyə davamlı ölkəyə çevrilməsi istiqamətində aparılan işlər nəticəsində İstanbula və Mərmərə dənizi bölgəsinə xüsusi yer ayırılır.

“Vaxt itirmək olmaz”, – R.T.Ərdoğan vətəndaşların zəlzələyə davamlı evlərə köçürülməsi ilə bağlı çıxışında vurğulayıb.

Xatırladaq ki, seysmoloqlar mütəmadi olaraq İstanbul ərazisində güclü zəlzələ ehtimalı ilə bağlı xəbərdarlıq edirlər.//Oxu.az

22.08.2023 07:52
203

(MGID): :
OXŞAR XƏBƏRLƏR