Türtkiyə mətbuatına istinadən məlumatına görə Naxçıvan səfərindən qayıdan Ərdoğan təyyarədə jurnalistlərin Zəngəzur dəhlizinin açılışı ilə bağlı suallarını cavablandırıb. `
Türkiyə prezidenti jurnalistlərin “Zəngəzur dəhlizi nə vaxt açılacaq” sualına “Türkiyə və Azərbaycan üçün çox önəmli olan bu dəhlizin reallaşması strateji məsələdir və mütləqdir. Bu dəhliz açıldıqdan sonra Bakıdan çıxan nəqliyyat vasitəsi və ya qatar birbaşa Qarsa gələ biləcək: “Dəhlizin tez bir zamanda açılması üçün əlimizdən gələni edəcəyik”, - deyə cavab verib.