6512f1ca7b6a7202309235922
Ərdoğandan təyyarədə "Zəngəzur dəhlizi nə vaxt açılacaq?" sualına CAVAB
Xəbər verdiyimiz kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən prezident İlham Əliyevlə Naxçıvanda görüşdü.

Türtkiyə mətbuatına istinadən məlumatına görə Naxçıvan səfərindən qayıdan Ərdoğan təyyarədə jurnalistlərin Zəngəzur dəhlizinin açılışı ilə bağlı suallarını cavablandırıb. `

Türkiyə prezidenti jurnalistlərin “Zəngəzur dəhlizi nə vaxt açılacaq” sualına “Türkiyə və Azərbaycan üçün çox önəmli olan bu dəhlizin reallaşması strateji məsələdir və mütləqdir. Bu dəhliz açıldıqdan sonra Bakıdan çıxan nəqliyyat vasitəsi və ya qatar birbaşa Qarsa gələ biləcək: “Dəhlizin tez bir zamanda açılması üçün əlimizdən gələni edəcəyik”, - deyə cavab verib.

26.09.2023 18:57
429

(MGID): :
OXŞAR XƏBƏRLƏR