652ecb2b0c9df202310235803
“Erməni, erməni” deyirik, amma onlar xristian türklərdir” - Akif İslamzadədən MARAQLI AÇIQLAMA

“Həm dinimiz, həm də tərbiyəmizə görə uzun illər ermənilərə dəyib-dolaşmamışıq. Ermənilər sovet vaxtında Bakıda rahat yaşayırdılar”. 

Panarama.az xəbər verir ki, bu sözləri Yenisabah.az-ın əməkdaşı ilə söhbətində tanınmış müğənni Akif İslamzadə deyib. 

Müsahibimiz 27 nəfərin ölümündə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəmədə ağlamasından və ümumilikdə ermənilərin göz yaşı axıdıb əfv diləməsindən söz açıb. 

A. İslamzadə bəyan edib ki, 50 il bundan qabaq ermənilər şəhərin mərkəzində yaşayırdılar:

“Bunlara “gözünün üstdə qaşın var” sözünü deyən yox idi. Amma ata-babalarımız bizi ermənilərə qarşı ayıltmadılar. Çünki ovaxtkı kommunizm dövrü, beynəlmiləlçilik bizi bu günə qoydu. Lakin ermənilər hər zaman əllərində “daşları” saxlayırdılar ki, bir gün bizə tuşlasınlar. 

Bu gün biz “erməni-erməni” deyirik, amma bunlar hay tayfaları olub. Çünki Çar Rusiyası ermənilərin torpaqlarını, kilsələrini haylara verəndən sonra onlar erməni millətinin adını özününküləşdiriblər. Amma bunlar hay millətidir, DNT deyilən bir şey var, gedib yoxlaya bilərlər. Ermənilərin özü (Ərmənlər) qədim xristian türkləri olub. Ermənilər katolik kilsəsinə tabe idilər, katoliklərlə pravoslavlar da heç vaxt yola getməyiblər. Ruslar Qafqazı istila edəndə ermənilərin kilsələrini, torpaqlarını əllərindən alıb verdilər haylara. Hətta o dövrdə ermənilərdən İslamı qəbul edənlər də oldu. Mən 250 il bundan öncədən danışıram”. 

Onun fikrincə, Çar Rusiyası hayları erməni adlandırdı deyə, biz də onlara “erməni” deyirik: 

“Tarixi araşdırmalıyıq. Gedib Moskvadakı arxivlərə baxsınlar ki, hansı əmrlər verilib, hansı məktublar yazılıb? Ermənilərin əsli türklərdir. Sözün kökünə baxın siz - Ər, Ərməniyyə. Onsuz da haylar öz dövlətlərinə Hayastan deyirlər. Axı Hayastan hara, Ermənistan hara?! 

Ona görə də onların gözyaşı, filan, beşməkan – heç nəyə inanmaq lazım deyil. İlanın ağına da, qarasına da lənət. Məhkəmə nə qərar çıxararsa, onda da görəcəyik. Amma kişi xeylağının ağlaması özü belə yaxşı əməl deyil. Biz də ürəyi yumşaq millətik, amma elələrini törətdiyi cinayətə və tutduğu mövqeyə görə buraxası deyillər ki? Ağlayıb-ağlayıb da... Bəs Qarabağda, Xocalıda minlərlə insanı qanına qəltan edəndə, qırğınlar törədəndə bizimkilər ağlamadı? Məhkəmə var, o da qərar çıxaracaq”

17.10.2023 21:55
7059

(MGID): :
OXŞAR XƏBƏRLƏR