"Ermənistanın gözləntiləri puç oldu" - Metyu BRAYZA -VİDEO
“BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycana qarşı hər hansı sərt addım atılmadı”.
Panarama.az News24.az-a istinadən bildirir ki, bunu RTV-yə eksklüziv açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
O, qeyd edib ki, Ermənistanın bu istiqamətdəki gözləntiləri puç oldu.
Amreikalı diplomatın sözlərinə görə, şura üzvləri dünənki iclasın yekunu olaraq, tərəfləri sadəcə gərginliyi azaltmağa və dialoqu davam etdirməyə çağırıb.
“Rəsmi Vaşinqton da bir neçə dəfə tərəfləri humanitar marşrutlar üzrə razılığın əldə olunmasına çağırıb. Digər tərəfdən Qarabağda təhlükəsizliyin və orada yaşayan erməni əsilli əhalinin humanitar ehtiyaclarının təminatı məsələsi də önəmlidir. Azərbaycan bu prosesin Ağdam-Xankəndi yolundan istifadə etməklə həyata keçirilməsini təklif edib. Prezident İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı görüşdən sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bu təklifi dəstəklədiyini açıqlayıb”.