Lerikdə hərbi xidmətini başa vurduqdan sonra imtahan verən şəxs 699,5 bal toplayıb.
Panarama.az Qlobal.net-ə istinadən xəbər verir ki, bu barədə Cənublu.az məlumat paylaşıb.
Bildirilib ki, rayonun Cəbrayıl Ağayev adına Biləvər kənd məktəbinin 2022-ci il məzunu Rasəf Həsənli I ixtisas qrupu üzrə iki mərhələnin cəminə görə 699,5 bal toplayaraq respublika birincisi adını qazanıb.