675bd964bba1c202412245116
Əsgərliyə son yaş həddi 30-a endirilir

Azərbaycanda həqiqi hərbi xidmətkeçmədə son yaş həddi aşağı endirilir.

Panarama.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu, "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi 35-dən 30-a endirilir.

13.12.2024 10:50
689

(MGID): :
OXŞAR XƏBƏRLƏR