64eb921971aa5202308231241
Ətirli reyhan ömrü uzadır – Gündə 3 dəfə 10 damcı...

Reyhan — qara-bənövşəyi, tünd-bənövşəyi, açıq-bənövşəyi və yaxud yasəmən rəngli yarpaqlan olan, kəskin, azca acımtıl tama malik ədviyyat bitkisidir.

 Reyhandan hələ çox qədim dövrlərdə Yunanıstan və Misirdə balzamlaşdırma məqsədləri üçün istifadə edilirdi. Qədim dövrün təbibləri belə söyləyirdilər ki, reyhan insanların kefini açır, onlann enerji qabiliyyətlərini yüksəldir, əqlini möhkəmləndirir və ömrünü uzadır.


Reyhanın yarpaqlarında zəngin vitamin kompleksləri və bioloji aktiv maddələr aşkar edilmişdir. Bunun tərkibindən kalsium, azot, fosfor, dəmir, mis və s. makro və mikroelementləri müəyyən edilmişdir. Xalq təbabətində reyhan vasitəsilə revmatizm, dəri və əsəb xəstəliklərini, epilepsiyanı müalicə edirlər. Müalicə məqsədləri üçün bitkinin bütün hissələrindən istifadə edilir. Toxumundan və otundan hazırlanan dəmləmə və cövhərlərindən xroniki qastrit, orqanizmin parazit qurdlardan təmizlənməsində, böyrək və sidik kisəsi soyuqdəymələrində, öskürək və göyöskürək zamanı daxilə qəbul edib müalicə olunurlar.

27.08.2023 22:11
192

(MGID): :
OXŞAR XƏBƏRLƏR