64e9d6a20bd94202308234034
Evdəki bu əşyaları atın

Evdə mütəmadi olaraq istifadə etdiyimiz əşyaları tez-tez dəyişmək lazımdır. Mütəxəssislər bildirir ki, adi məişət əşyaları ciddi infeksiya mənbəyidir. Buna görə bəzi belə əşyaları tez-tez dəyişmək lazımdır.

Gundem.az xəbər verir ki, gün ərzində dişlərimizi ən azı 2 dəfə fırçalayırıq. Bəzən onlardan 2-3 ay istifadə edirik. Üzərində toplana biləcək bakteriyaları nəzərə alaraq, diş fırçasını tez-tez dəyişmək sağlamlıq üçün faydalıdır.

Ölü dərilərimiz yataq dəstlərində toplanır, ona görə də onu tez-tez dəyişmək dərinizin sağlamlığı üçün faydalı olacaq. Həmçinin, üzümüzlə ən çox təmasda olan səthlərdən biri olan yastıq üzlərinin ən azı 2-3 gündən bir dəyişdirməklə daha keyfiyyətli yuxunu təmin edə bilərik. Üzümüzlə ən çox təmasda olan başqa bir maddə makiyaj fırçalarıdır. Dərinin sağlamlığı üçün makiyaj fırçalarını tez-tez təmizləməli və mütəmadi olaraq dəyişdirmək lazımdır. Makiyaj fırçaları kimi, makiyaj süngərlərini də tez-tez yeniləmək lazımdır.

Qab süngəri də üzərində çoxlu bakteriya olan əşyalardan biridir. Qabların yuyulma tezliyinə uyğun olaraq qab süngərinizi də tez-tez dəyişdirmək şərtdir. Dəsmallar rütubətli olduqları üçün bakteriyaların sürətlə böyüyə bildiyi bir mühitdir. Həm üz dəsmalını, həm də əl dəsmalını tez-tez dəyişdirmək lazımdır. Hamam xalatlarını isə mütəmadi olaraq yumaq şərtdir. Hamam dəsmalı nəmli olduğundan, bakteriyaların çoxalmasına imkan verir və ölü dərini yığır. Bu səbəbdən can dəsmallarını ayda bir dəfə dəyişdirmək lazımdır.

26.08.2023 14:39
240

(MGID): :
OXŞAR XƏBƏRLƏR