65d7a9a0c1f3b202402240800
Evində saxladığı kərtənkələ əcəli oldu - Qəribə hadisə
ABŞ-da zəhərli kərtənkələ qəfəsdən çıxaraq öz sahibini öldürüb.

Panarama.az xəbər verir ki, bu barədə Fox News bildirib.
Qeyd olunur ki, Kolorado ştatının Leykvud şəhərindən olan 34 yaşlı Kristofer Uord evdə iki zəhərli Arizona serpantini saxlayırmış. Bir gün onun rəfiqsi qonşu otaqda qəribə bir səs eşidib. O, otağa girib və Uinston adlı sürünənin qəfəsdən çıxaraq sahibinin əlini dişlədiyini görüb. Bundan sonra kişi döşəməyə yıxılıb, şiddətlə qusmağa başlayıb və nəfəsi dayanıb.Qadın dərhal təcili yardım çağırıb və o, Uordu xəstəxanaya çatdırıb. Həkimlər dörd gün onun həyatı üçün mübarizə aparsalar da, xəstəni xilas edə bilməyiblər.
Hadisədən qısa müddət sonra heyvanlara nəzarət xidmətinin əməkdaşları Uordun evinə baş çəkiblər. Onlar iki zəhərli kərtənkələni aşkar edərək vəhşi təbiətin bərpası mərkəzinə aparıblar. Bundan əlavə, evdə tarantula da daxil olmaqla müxtəlif növlərdən olan 26 hörümçək tapılıb.
Leykvudpolisi qeyd edib ki, yerli qanunlar zəhərli Arizona serpantinini evdə saxlamağı qadağan edir./bakupost.az
23.02.2024 00:06
1703

(MGID): :
OXŞAR XƏBƏRLƏR