64d8e4d45baa5202308231236
Evinizi böcəklərdən qoruyun - TƏBİİ YOLLARI
Evlərimizi gigiyenik baxımdan nə qədər təmiz saxlasaq da, çox zaman böcəklərdən xilas olmaq mümkün deyil. Xoşagəlməz kiçik heyvanlar hər evin çağırılmamış qonaqlarıdır. Onları ağlımıza gəlməyən yerlərdə belə tapa bilərik.

Panarama.az  lent.az-a istinadən böcəklərdən təbii yollarla xilas olmanın bir neçə yolunu sınaqdan keçirməyi məsləhət görür.

Sidr yağı

Sidr yağı ilə hazırlayacağınız təbii dərman gümüş rəngli böcəkləri evinizdən qaçaq salacaq. Bunun üçün sidr yağını su ilə qarışdıraraq evinizdə olan çatlaq və yarıqlara püskürdün. Bu yağın çox xoş qoxusu var. Təbii ki, yalnız bizlər üçün. Böcəklər sidr qoxusunu sevmirlər. Hətta əvvəllər insanlar evlərində sidr ağacından hazırlanmış sandıqlar saxlayırdılar. Çünki bu bitkinin qoxusu böcəkləri uzaqlaşdırır.

Lavanda yağı

Bu, böcəklərin sevmədiyi digər bir bitki mənşəli məhsuldur. Əgər bu yağdan hazırladığınız təbii otaq spreyini nizamlı olaraq istifadə etsəniz, xoşagəlməz heyvanları uzaqlaşdırmış olacaqsınız.

Limonlu təmizlik maddələri

Evinizi limonlu təmizlik maddələri ilə təmizləyə bilərsiniz. Döşəmələriniz limon qoxarsa, böcəklər qaçmağa başlayacaqlar.

Kəklikotu

Bu otu böcəklər sevmir. Bəlkə də evinizdə bu bitkini yetişdirə bilərsiniz. Böcək yalnız evlərə basqın etmir, bəzən kitabxanalara da darışırlar. Bax, belə vəziyyətlər üçün kitabların arasına qurudulmuş bitkilər, xüsusilə kəklikotu qoymaq lazımdır.

Gümüş böcəkləri qovan kisəciklər

Yəqin ki, lavanda kisəciklərini tanıyırsınız. Böcəklərdən qorunmaq üçün bu cür kisəcikləri siz də hazırlaya bilərsiniz. Hazırladığınız bu kisəcikləri çəkməcələrə, siyirmələrə, şifonerə, şkaflara yerləşdirə bilərsiniz. Kisəciyin içinə nələr qoya bilərsiniz?

Qurudulmuş lavanda + sidr ağacı qurusu + dəfnə yarpağı + qərənfil + çay ağacı yağı.

Qarışqalardan xilas olmağın təbii yolları

  • Adaçayı, nanə, kəklikotu, dəfnə, bibər və darçını əzdikdən sonra qarışqaların girdikləri yollara səpin.
  • Qəhvə böcəklərin zəbt etdiyi evinizi xilas edəcək. Qarışqaların tez-tez göründüyü yerə qəhvə qoysanız, qarışqalar qaçmağa yer axtaracaq.
  • Qarışqaları yox edən digər güclü bir ədviyyat isə darçındır. Darçın da eyni şəkildə tez-tez qarışqa görünən yerlərə səpilə bilər. Bu, qarışqaların xoşuna gəlməyəcək.
  • Körpə pudraları da qarışqaların istiqamətini tamamilə dəyişdirməsinə, qaçmaq üçün bir çıxış yolu axtarmalarına səbəb verəcək.
  • Digər alternativ həll isə limon qabıqlarıdır. Qarışqaların qorxulu yuxusu qoxuları iti olan yeməklərdən ibarətdir.

 Hamam böcəklərindən xilas olmağın təbii yolları

  • Mətbəxinizi təmiz saxlayın və yeməkləri ortalıqdan yığışdırın.
  • Qazan, tava, stəkan və başqa əşyalarda su olmamasına diqqət edin.
  • Hamam böcəklərinin gizlənməyi sevdikləri yerlərə (soyuducu altı, ocağın, qazın altı, divarlardakı və ya yerlərdəki çatlar və s) incə bir təbəqə bor turşusu və ya boraks səpin.
  • Sprey şüşəsinin içinə palıd ağacı, evkalipt və nanə kimi on damcı bitki yağı damızdırın və 115 ml qədər su əlavə edin. Bədəninizə sürtərək özünüzə zərərli böcəklərdən qoruya bilərsiniz.
  • Ağcaqanadların küləkdən xoşu gəlmir, ona görə pərvanə istifadə edə bilərsiniz.
  • Çalışın ki, evdə suların ağzı açıq qalmasın.
  • Çiçək əkdiyiniz qablar, dibçəklərin altında su qalmamasına çalışın. Qalıq suyu mütləq təmizləyin.

Ağcaqanadlardan xilas olmağın təbii yolları

Qapılara tel və ya muncuqlu pərdələr asın. Pəncərə və qapıya reyhan bitkisi qoyun.


13.08.2023 18:09
257

(MGID): :
OXŞAR XƏBƏRLƏR