Cənubi Asiya ölkəsi Tayland reklamları lazımi səviyyədə idarə etmədiyi və problemlər yaratdığı üçün sosial media nəhəngi "Facebook"u bağlamaqla hədələyib.
Panarama.az Referans.az-a istinadən xəbər verir ki, Taylandın Rəqəmsal İqtisadiyyat və Cəmiyyət Nazirliyi tərəfindən edilən açıqlamada, Facebook-un yayımladığı reklamları moderasiya etmək üçün kifayət qədər iş görmədiyi və bunun nəticəsində yüz minlərlə Tayland vətəndaşının fırıldaqların qurbanı olduğu bildirilib.
Həmçinin Chaiwut Thanakamanusorn mövzu ilə bağlı mətbuata açıqlamasında, Tayland hökumətinin saxta hesablar və rəqəmsal hesablarla bağlı konstruktiv addım atmasa, ayın sonunda məhkəmə qərarı ilə Facebook-u bağlamağa hazır olduğunu bildirib.
Təxminən 71 milyon əhalisi olan Taylandın Facebook-da 50 milyondan çox istifadəçi hesabı var.
Hökumətin qeydlərinə görə, ölkədə 300.000-dən çox insan sosial mediada külli miqdarda saxtakarlığa məruz qalıb(manset)