Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) iki əməkdaşı beton plitələrin çökməsi nəticəsində dənizə düşüblər. Hər iki işçi vəfat edib.
Panarama.az news24.az-a istinadən xəbər verir ki, vəfat edən işçilərdən biri - 1960-cı il təvəllüdlü, quraşdırıcı vəzifəsində çalışan Ağaməmmədov Şirvan sosial şəbəkələrdə "khayalcan chef" kimi tanınan foodbloger Xəyal Ağaməmmədovun atası olduğu məlum olub.
Bu barədə blogerin özü də paylaşım edib.