Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Komitəsi avqust ayı üzrə uçot faiz qərarını açıqlayıb.
Panarama.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, uçot dərəcəsi 7,5 faiz bəndi artırılaraq 17,5%-dən 25%-ə qaldırılıb.
Qərar Türkiyədə dolların ucuzlaşmasına səbəb olub. Belə ki, 27,22 lirə səviyyəsində olan dollar qərarın ardından 26,45 lirəyə enib.