Elan saytlarında fantastik qiymətə, məsələn, 25, 30, hətta 100 min manata möbil nömrələr satılır.
“Xəzər Xəbər”in əməkdaşları həmin nömrələri satanların bir neçəsi ilə telefon əlaqəsi saxlayıb.
100 min manata nömrə satan şəxs səsinin efirə getməyini istəməsə də, nömrəsinin o qiymətə layiq olduğu üçün belə təklif etdiyini bildirib.
Xezerxeber.az-ın məlumatına görə, digər nömrə sahibi isə xəstəliyinin müalicəsi ilə əlaqədar pula ehtiyacı olduğu üçün baha aldığı nömrəni baha da satdığını qeyd edib.
Baha qiymətə nömrə satan başqa şəxs isə hətta ödənişin kreditlə də mümkün olduğunu bildirib.
Bahalı nömrə almağa isə insanların fikri birmanalı deyil.