Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində baş verən kütləvi dava ilə bağlı təhqiqat araşdırmasına başlanılıb.
Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları hadisədən məlumatlıdırlar:
"Ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb. Əlavə məlumat veriləcək".
21 sentyabr, 23:40
Bakının Əhmədli qəsəbəsində kütləvi dava baş verib.
Hadisə şahidlərinin "Report"a verdiyi məlumata görə, davaya səbəb az əvvəl başa çatan "Fənərbağça" - "Qalatasaray" oyunu olub.
Hər iki klubun fanatları arasında oyun bitəndən sonra mübahisə yaranıb. Əlbəyaxa dava polisin müdaxiləsindən sonra dayanıb. Bir neçə şəxsin saxlandığı bildirilir.