657bf8bf98dcc202312235703
Fəxrəddin Məmmədov vəfat etdi (FOTO)
Azərbaycan Tibb Universitetinin (ATU) professoru, tarixçi Fəxrəddin Məmmədov vəfat edib.
Panarama.az bildirir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, uzun sürən xəstəlikdən sonra 75 yaşında dünyasını dəyişib.Tarixçi ali təhsil müəssisəsinin İctimai fənlər kafedrasının professoru vəzifəsində çalışırdı.
Qeyd edək ki, Məmmədov Fəxrəddin Nəriman oğlu 1948-ci il dekabrın 13-də Hacıqabul rayonunun Qızılburun kəndində ziyalı ailəsində anadan olub. O, 1966-1971-ci illərdə indiki Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1994-cü ildən isə ATU-da işləməyə başlayıb. F.Məmmədov ATU-nin Böyük Elmi Şurasının, BDU-nin Tarix fakültəsinin müdafiə Şurasının və Azərbaycan Yaradıcılıq Akademiyasının həqiqi üzvü olub. Bundan əlavə, O, "Azərbaycan tarixçiləri” Respublika Cəmiyyətinin sədr müavini idi.

15.12.2023 10:54
2419

(MGID): :
OXŞAR XƏBƏRLƏR