Cavanşir Məmmədovun vəfatı məni çox üzdü.
Panarama.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a xalq artisti Flora Kərimova deyib.
O, danışmaqda çətinlik çəkdiyini bildirib:
“Cavanşir mənim qollarımda böyüyüb. Xəbəri eşidəndən özümə gələ bilmirəm. O, ailənin sevimli övladı idi. Çünki Cavanşir Məmmədov uzun illərdən sonra dünyaya gəlmişdi. Bacı-qardaşı da yox idi”.
Qeyd edək ki, bu gün dünyasını dəyişən əməkdar artist Cavanşir Məmmədov Flora Kərimovanın dayısının oğludur.